Sumqayıtda SAT dərsləri (XARİCDƏ TƏHSİL)

SAT kursları, SAT dərsləri, Sumqayıtda SAT, SAT nədir, SAT ilə hansı ölkələrdə təhsil almaq olar, SAT ilə Azərbaycanda oxuya bilərəmmi, SAT hazırlığı nə qədər çəkir? SAT imtahanı hansı intervalla keçirlir, Online SAT, SAT üçün neçənci sinifdən başlamaq lazımdır.

Gəlin bütün bu sualları bir bir cavablandıraq.

Hər şeydən əvvəl, SAT nədir? Sualına cavabla başlamaq istərdim.

SAT (Scholastic Aptitude Test) – məktəblinin qiymətləndirmə testidir. Ölkə olaraq Amerika brendidir. Ümumilikdə iki fənndən ibarətdir İngilis dili ( Verbal ) və riyaziyyat ( Math ). Toplam maksimum bal göstəricisi 1600 olan bu beynəlxalq imtahanın 800 ingilis dili, digər 800 balı isə riyaziyyata aiddir.

SAT ilə hansı ölkələrdə təhsil ala bilərəm?

Qeyd edim ki, SAT bakalavr təhsili üzrə ən prestijli imtahan olduğu üçün, siz SAT ilə dünyanın istənilən ölkəsində çox yüksək səviyyədə təhsil ala, karyeranıza da ən böyük yatırımı etmiş olarsınız.

SAT ilə Azərbaycanda oxuya bilərəmmi?

Əlbəttə! Bütün dünyanın ən böyük öncəliyi olan bu imtahan ölkəmizdə ADA, UNECXəzər universitetləri tərəfindən də qəbul olunur. Hətta ən öndə gedən ixtisaslara:)

SAT imtahanı hansı intervalla keçirlir?

Təqribi iki aylıq aralıqla keçirilir. Qeydiyyat həm SAT rəsmi saytı olan College Board saytından, həmçinin DİM ( Dövlət imtahan mərkəzi ) ilə də qeydiyyatdan keçib imtahanda iştirak edə bilərsiniz.

SAT üçün neçənci sinifdən başlamaq lazımdır?

Bu sualın konkret cavabı sizin ingilis dili bazanızdan asılıdır. Dolayısıyla SAT üzrə hazırlaşmaq istəyən bir tələbənin minimum ingilis dili səviyyəsi B2 ( strong intermediate ) olmalıdır. Riyaziyyata nisbətən ingilis dili daha əhatəli düşdüyü üçün, yaxşı olar ki, başlamazdan əvvəl ingilis dilinizin qrammatika və söz bazasını möhkəmləndiəsiniz. Hətta ingilis dilində tarixi kitablar, elmi məqalələr oxuyaraq tənqidi oxu bacarığınızı gücləndirərək, reading bölməsindəki sualları asanlıqla cavablandıra bilərsiniz.

Online SAT

Oxbridge Education Center olaraq mərkəzimizdə offline dərslərlə yanaşı, online dərslər də keçirilir. Materiallar isə sizə təmin edilir. Həftədə 3 gün 90 dəqiqə SAT Verbal, 2 gün 90 dəqiqə isə SAT Math tədris olunur.

Sumqayıtda SAT

Sumqayıt şəhərində sat dərsləri  ilk dəfə olaraq 2018-ci ildən etibarən Oxbridge Education Center SAT hazırlıqlarına rəsmi olaraq başladı və hazırda da şəhərin ən yüksək nəticələri ilə uğurla öz işini davam etdirir.

SAT dərsləri

SAT dərsləri həftədə 5 gün, 3 gün Verbal, 2 gün Math olmaqla keçirilir. Materialları özümüz təmin edirik. Hər ayın sonunda real imtahan şəraitində SAT trial exam keçirib, valideynlərə və tələbələrə nəticələr barədə rəsmi məlumat veririk.

Əlavə linklər


Bir cavab yazın

Sumqayıtda İngilis dili kursları

 Education is the passport to the future, for tomorrow belongs to those who prepare for it today. – Malcolm X

Əlaqə

© 2024 VATgroup.az . All Rights Reserved