Ingilis dilində oxuma bacarıqlarımı necə inkişaf etdirə bilərəm?
[vc_row][vc_column][vc_column_text]
How can I improve my English reading skills?
İngilis dilində oxumaq çətindir?
Xeyr, İngilis dilində oxumaq düşündüyünüzdən daha asandır. Bu məqaləmizdə sizlərlə oxuma bacarıqlarının inkişaf etdirilməsi barədə danışacağıq.
HƏR ZAMAN OXUMAĞA VAXT AYIRIN.
Gün ərzində ən azı 30 dəqiqə oxumağa vaxt ayırın. Bu yolla siz oxuma bacarıqlarınızı ciddi və uğurla inkişaf etdirəcəksiniz. NƏ QƏDƏR ÇOX OXUSANIZ, O QƏDƏR ÇOX İNKİŞAF EDƏCƏKSİNİZ.
#Study tip: Oxumağı rituala çevirin.
- Sakit, rahat və işıqlı ortam seçin.
- Nə qədər oxyacağınızı qərarlaşdırın.
- Diqqətinizi yayındıran hər şeyi özünüzdən uzaqlaşdırırn.
DOĞRU KİTABLAR OXUYUN.
Sevdiyiniz mövzularda kitab oxumağınız oxuma bacarıqlarının inkişafı üçün əsas şərtlərdəndir.
Oxumağa kitab seçdiyiniz zaman mütləq 2 şeyi nəzərə alın:
- Maraqlandığınız mövzu
- Oxuma səviyyəniz
OXUDUQDAN SONRA ÖZÜNÜZƏ SUALLAR VERİN.
Oxuduqdan sonra aşağıdakı sualları verməyiniz sizə oxuduğunuz mətni daha yaxşı anlamanıza və təhlil etmək bacarığınıza kömək edəcək. Oxuyaq:
- Mətn nə barədə idi?
- Mətndə baş verən ən maraqlı məqamlar hansılar idi?
- Sizi düşündürən nə oldu?
- Nəyə təəccüb etdiniz?
- Başa düşmədiyiniz hissələr oldu?
Oxuduğunuz materialı nə qədər çox sorğulasanız, bir o qədər dərin anlayacaqsınız.
YENİDƏN OXUYUN.
Bəzən bir mətni bir dəfə oxumağınız onu anlamanız üçün kifayət etmir. Fərqi yoxdur oxuduğunuz mətn çətindir və ya deyil, oxuduğunuzu 1 dəfədən artıq oxumaq sizə hər zaman daha yaxşı anlamanıza kömək edəcək. Həmçinin təkrar oxuduğunuz zaman gözünüzdən qaçan yeni sözləri də görəcəksiniz. (onların qeydlərini aparın).
MÜXTƏLİF NÖVDƏ READİNGLƏR EDİN.
İngilis dilində oxuduğunuz istənilən mətn ( kitab, məqalə, blog, e-mail, Tweet və s.) sizə bu dili daha yaxşı anlamanıza kömək edəcək.
Nə oxuyursunuz oxuyun, YADDA SAXLAYIN, nə qədər çox məşq etsəniz o dili bir o qədər dərin mənimsəyəcəksiniz.
Hazırladığımız məqalənin ən faydalı yönü, onların İSTƏNİLƏN DİLDƏ oxuma bacarıqlarının inkişafı üçün keçərli olmasıdır.
Bu addımları izləsəniz, oxumağınızın hətta öz dilinizdən daha dərin olduğununun şahidi olacaqsınız.[/vc_column_text][/vc_column][/vc_row]