İngilis dilində söz bazasını necə inkişaf etdirmək olar?

[vc_row][vc_column][vc_column_text]

İngilis dilində söz bazasını necə inkişaf etdirmək olar?

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]Sözlər hər hansı bir dilin ilkin təməli hesab olunur. Məhz bu səsəbdən siz dil öyrənərkən ilk öncə müəyyən söz bazasına malik olmalısınız. Daha sonra səviyyəniz artdıqca paralel olaraq söz bazanızı da inkişaf etdirməlisiniz. Birçox söz bilsəniz də hələ də ingilis dilində danışa bilmirsinizsə demək ki sözləri düzgün texnika ilə öyrənməmisiniz.Aşağıdakı məqaləmizdən ingilis dilində söz bazasını necə effektiv şəkildə öyrənilməsini izah edəcəyik.[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]

1.Sözləri tərkibdə öyrənin

Tədqiqatlar göstərir ki, öyrənilmiş və yadda qalmış sözlərin böyük əksəriyyəti məzmundan və ya hadisələrin içindən öyrənilmiş sözlərdir. Bu da o deməkdir ki, siz heç vaxt hərflərə bölünmüş və ya məzmuna uyğun olmayan lüğətdən sözkər öyrənib yadda saxlaya bilməzsiniz. Məsələn 1 puzzle düşünün. İlk öncə onun sözləri dağınıq olduğu üçün siz heç nə anlamırsınız. Bir neçə sözü tapdıqdan sonra isə artıq onu qruplaşdırıb işləmək asan olur. Misalçün hava haqqında olan sözlərə lüğətdən baxmaqdansa hava haqqında olan məlumata ingilis dilində baxın və sabahın hava proqnozunu təxmin etməyə çalışın.

2.Lüğət dəftərinizi şəxsi və emosional tərzdə qurun.

Siz yəqin ki, avtomobil qəzasında sağ qalanların hadisədən sonra hadisənin hər detalını necə incəliyinə qədər xatırladıqlarını bilirsiniz. Eləcə də bizə emosional duyğuları yaşadan hadisələrin necə unudulmaz olduğunun fərqindəyik. Odur ki, hadisəni ingilis dilində təsəvvür etməklə beyninizdə qurduğunuz söz bazasını hadisə şəklində təsvir edə biləcəksiniz.

3.Müxtəlif mənbələrdən müntəzəm şəkildə oxuyun.

Oxumaq sizin söz bazasını artırmaq üçün ən effektiv yollardan biridir. Gündəlik şəkildə müxtəlif xəbər (və digər) saytlardan, kitablardan nəsə oxumağa çalışın. Əgər siz hər gün oxumağı vərdiş halına gətirsəniz, Hər dəfəsində qarşınıza çıxan sözləri artıq öyrənəcək və kontekstə uyğun olduğu üçün yadda saxlayacaqsınız.
Hər dəfə oxuduqca bilmədiyiniz sözlərə diqqət edin. Hər gün yeni sözlər öyrənin.

4.Yeni sözləri dəftərinizə qeyd edin.

Gördüyünüz və eşitdiyiniz hər yeni sözü, ifadəni özünüzə qeyd etməklə bu sözləri yaddaşınıza köçürmüş olursunuz. Yaxşı olar ki, bu sözlərlə cümlə qurub danışın.

5.Söz oyunu oynayın.

Müxtəlif söz oyunları təkcə vaxtı səmərəli şəkildə keçirməyə deyil həmçinin söz bazanızı artırmağın ən effektiv yollarından biridir. Krossvrd və tapmacalar sizin beyninizi lazimi sözü tapmaq üçün bu dilə cəlb edir və nəticədə əslində bildiyiniz lakin işlətmədiyiniz 1 sözü aşkara çıxarırsınız.Bu linkdən oyunu yükləyə bilərsiniz.

6. Sinonimlərdən ibarət söz bazası hazırlayın.

Hər dəfə lüğətimizə yeni sözlər yazanda onların tərcüməsini (bilingual) yazmaq yerinə sözlərin mənasını (definition) və ya sinonimini yazın. Beləliklə bir sözə qarşılıq iki söz öyrənmiş olacaqsınız.

Xaricdə təhsilin Üstünlükləri

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_row_inner][vc_column_inner][vc_column_text]Ətraflı məlumat üçün İnstagram, Facebook səhifələrimizdən bizə yazın və ya ofisimizə yaxınlaşın[/vc_column_text][/vc_column_inner][/vc_row_inner][/vc_column][/vc_row][vc_row][vc_column][stm_contact_person img_id=”3460″ name=”Azade” question=”Manager” tel=”070 853 44 22″ email=”manager@oxbridgeeducation.com”][/vc_column][/vc_row]


Bir cavab yazın

Sumqayıtda İngilis dili kursları

 Education is the passport to the future, for tomorrow belongs to those who prepare for it today. – Malcolm X

Əlaqə

© 2024 VATgroup.az . All Rights Reserved