Polşada təhsil

[vc_row][vc_column][vc_column_text]

Polşada təhsil sizə nə qazandırır?

İlk olaraq qeyd etməliyik ki, Polşa diplomu sizə Avropanın ən yaxşı şirkətlərinə qapı açacaq. Ölkənin bir çox başqa üstünlükləri də var, belə ki, Polşanın tibb təhsili həm Avropa həm Amerikada tanınması ilə yanaşı, burada təhsil aldığınız müddətdə siz Avropanın digər təhsil proqramlarında iştirak edə bilər və təqaüd proqramlarından faydalana bilərsiniz.

Polşada 400-dən çox universitetlərdə İngilis və polyak dillərində təhsil alan 1.1 milyondan artıq tələbə vardır. Burada siz tam təchiz olunmuş labaratoriyalarda və ən son tələbələrə cavab verən avadanlıqlarla incəsənət, politexnik, humanitar və digər sahələrdə təhsil ala bilərsiniz. Polşada təhsil aldığınız müddətdə siz NASA ilə keçirilən yarışlarda iştirak etmək şansı ilə yanaşı, humanitar sahələrdə (qədim və müasir dillər, ədəbiyyat, fəlsəfə) bir çox təqaüd proqramlarında iştirak edə biləcəksiniz. Polşanın biznes təhsil ocaqları da sizə idarəetmə və mühasibatlıq üzrə beynəlxalq akkreditasiyadan keçmiş ixtisaslar təklif edəcəklər.

Yüksək keyfiyyətli, beynəlxalq dərəcəli tanınma imkanları ilə demək olar ki, dünyanın heç bir bölgəsi sizə belə ümidli kariyera vəd etmir. Bütün bunlarla yanaşı, unutmayın ki, əlverişli coğrafi mövqeyi və mükəmməl nəqliyyat sistemi ilə bütün Avropa sizin barmaqlarınızın ucunda olacaq. 🙂

TƏLƏBƏ BÜDCƏSİNƏ GÖRƏ İDEAL ÖLKƏ.

Polşanın hər bir şəhərində hər kəs üçün təhsil və iş imkanları var.
Əgər siz həm müstəqil olmaq həm də xaricdə təhsil qiymətləriylə bağlı narahatlıq yaşayırsınızsa, heç də narahat olmayın. Çünki Polşa məhdud imkanlı tələbələr üçün ideal bir seçimdir. Belə ki, burada bir tələbə üçün yataqxanalar aylıq 60 avrodan, sonra biletləri 2.50 avrodan, kafedə qəlyanaltı isə 4 avrodan başlayır. Heç təəccüblü deyil ki, Varşava 2016-cı ildə Avropanın ən sərfəli tələbə şəhəri seçilib.

GENİŞ KARİYERA İMKANLARI ƏLDƏ EDİN.

Polşada təhsil sadəcə bir başlanğıcdır. Öz biznesini qurmaq istəyən və ya beynəlxalq şirkətlərdə işləmək istəyənlər uzunmüddətli yaşayışın imkanlarından faydalana biləcəklər. Polşada fəaliyyət göstərən xarici şirkətlər Polşa universitetlərinin məzunlarına üstünlük verirlər.
Siz də Polşa və ya digər Avropa ölkələrində təhsillə maraqlanırsınızsa, bizə müraciət edin.

Ətraflı məlumat üçün İnstagram, Facebook səhifələrimizdən bizə yazın və ya ofisimizə yaxınlaşın

[/vc_column_text][/vc_column][/vc_row]


Bir cavab yazın

Sumqayıtda İngilis dili kursları

 Education is the passport to the future, for tomorrow belongs to those who prepare for it today. – Malcolm X

Əlaqə

© 2024 VATgroup.az . All Rights Reserved