İndiki sadə zaman

[vc_row][vc_column][vc_column_text]

İndiki sadə zaman felin başlanğıc formasıdır.

I work in a bank.

3-cü şəxsin təkində (He, She, İt) felin sonuna -s və ya –es şəkilçisi artırırıq.

He works in a bank in London.

Əgər sözün sonu -s, -ss, -sh, -ch, -x, -o hərfləri ilə bitərsə, bu zaman felin sonuna -es şəkilçisi əlavə edirik.

He always helps his wife and washes the dishes.

She never watches the TV.

Sualda;

Do/Does köməkçi fellərindən istifadə edirik.

Do – I/We/You/They
Does – He/She/It

Do you speak English?
Does her sister know Spanish?

Where/What/When tipli sual sözləri ilə adətən Do/Does köməkçi felləri işlədirik.

Where do Sophia and Adele live?
When do you usually start your job?

Who sual sözü ilə adətən köməkçi fel işlənmir.

Who lives in London?
Who speaks English here?

İndiki sadə zaman

  • Hazırda doğru olan hadisələri bildirmək üçün işlənir

I’m nineteen years old.
He lives in London.

  • Hazırki vaxtda müntəzəm olaraq baş verən hərəkətləri bildirmək üçün;

I take part at the conversation club every Sunday.

  • Hər zaman doğru olan hadisələri bildirmək üçün;

The human body contains 206 bones

Zaman zərfləri olaraq ( adverbs of frequency ) sometimes, usually, never, frequently, rarely kimi sözləri işlədirik.

She never drinks coffee.

Cədvəl, plan haqqında danışarkən;
The train leaves in 30 minutes.
We fly to Paris next week.

Our English lesson starts at 7 PM every day.

  • When, after, if, unless, as soon as, after, before kimi zaman bildirən sözlərlə;

I’ll meet my boyfriend as soon as I arrive at home.
You must finish your work before you go to bed.
If it rains, you’ll get wet.

  • Hekayəni təsvir edərkən;

I was walking down the street the other day when suddenly this man comes up to me and tells me he has lost his wallet and asks me to lend him some money. Well, he looks a bit dangerous so I’m not sure what to do and while we are standing there …[/vc_column_text][/vc_column][/vc_row]


Bir cavab yazın

Sumqayıtda İngilis dili kursları

 Education is the passport to the future, for tomorrow belongs to those who prepare for it today. – Malcolm X

Əlaqə

© 2024 VATgroup.az . All Rights Reserved