Oxuduğunuzu necə anlamaq olar?

How to understand what you read?

Bəzi kitabları oxumaq həqiqətən də çətindir. Oxuma bacarıqlarınızı inkişaf etdirmək üçün sizə bəzi məsləhətlər veririk;

Tip #1: Səviyyənizə uyğun kitablar oxuyun.

Kitabı seçməzdən əvvəl onun sizin ingilis dili səviyyənizə uyğun olub-olmadığını yoxlamaq üçün nümunə versiyasını google-dan tapıb bir az oxuya bilərsiniz. (Öz səviyyənzdən çox çətin və ya asan deyilsə oxuya bilərsiniz)
Müxtəlif kitabların müxtəlif cür söz bazası və yazılış tərzi var. Məsələn, klassik kitablar uzun zaman öncə yazıldığı üçün onları anlamaq çətindir. Belə ki, onları oxumaqdan çəkinin.

Tip #2: Haqqında kinolar çəkilən romanlar oxuyun.

Bəzən roman oxumaq bir az qəliz ola bilər. Bu çətinliyin öhdəsindən gəlmək üçün, ilk öncə filmi izləyə bilərsiniz.

Tip #3: İlk öncə öz dilinizdə , daha sonra ingiliscə oxuyun.

Əgər əlinizdə hər hansı kitabın tərcümə olunmuş versiyası varsa, ilk öncə onu oxuyub məlumatlandıqdan sonra original versiyanı oxuya bilərsiniz. Əlinizdə hər iki versiyanın olması çox faydalıdır.

Tip #4 : Google-da şəkillərdən istifadə edin.

Kitab oxuduğunuz zaman bəzi fiziki obyektləri təmsil edən sözlərlə qarşılaşa bilərsiniz.

  • A waistcoat
  • A courtyard

Sözləri gözünüzün qarşısına gətirməkdə çətinlik çəkirsinizsə, onları google edib şəkillərinə baxmaqla sözlərini daha yaxşı yadda saxalaya bilərsiniz.


Bir cavab yazın

Sumqayıtda İngilis dili kursları

 Education is the passport to the future, for tomorrow belongs to those who prepare for it today. – Malcolm X

Əlaqə

© 2024 VATgroup.az . All Rights Reserved