Keçmiş davamedici zaman
[vc_row][vc_column][vc_column_text]
Past Continuous
İngilis dilindəki zamanlar Türk dilindəki zamanlardan fərqlidir.Məsələn,keçmiş zaman hadisələrin gedişatina və nəticələrinə görə ingilis dilində bir çox şəkildə ola bilər.Bu şəkillərdən biri də,keçmiş davamedici zaman formasıdır.Keçmiş davamedici zamandan dəqiq göstərilmiş vaxtda hər hansı bir işi etməyin ortasında olduğunu bildirmək üçün istifadə olunur.
Keçmiş zamanın davamedici forması “to be” köməkçi felinin keçmiş zaman qeyri-müəyyən şəxs forması (was,were)və əsas felin indiki zaman feli sifət düzəldilir. Məsələn:
I was locking We were locking
You were locking You were locking
He/she was locking They were locking
Bu zaman formasının sual şəkli “ to be” köməkçi felinin şəxs formalarının mübtədadan əvvələ keçirməklə,inkar şəkli “to be “ köməkçi felinin şəxs formalarından sonra “not”inkar ədatını əlavə etməklə düzəldilir.
Was I locking? I was not locking.
Were you locking? You were not locking.
Was he/she locking? He/she was not locking.
Were we locking? We were not locking.
Were you locking? You were not locking.
Were they locking? They were not locking.
Keçmiş zamanın davamedici formasının inkar- sual şəkli aşağıdakı kimidir:
Was I not locking?
Were we not locking?
Bu zaman formasının aşağıdakı qısa formaları mövcuddur :
I wasn’t locking.
We weren’t locking.
Wasn’t he/she locking.
Azərbaycan dilində qarşılığı:Müasir ingilis dilinə xas olan keçmiş zamanın davamedici forması Azərbaycan dilinə felin şühudi keçmiş zamanı ilə və ya felin indiki zamanın hekayəsi forması ilə tərcümə edilir, məs:
He was writing a play during the summer- O,yay ərzində pyes yazırdı.
Keçmiş zamanın davamedici forması həm də felin keçmiş davam forması –maqda, məkdə idi şəklindədə tərcümə edilir,məs:
I was watching TV while he was studing- O, dərslərini oxumaqda ikən mən televizora baxırdım.
[/vc_column_text][/vc_column][/vc_row]