İELTS nədir?

IELTS- in nə olduğunu bilməyənlər üçün – International English Language Testing System

Qısacası IELTS ingilis dili imtahanı olub sizin ingilis dili səviyyənizi ölçür. Kobudca desək sürücülük imtahanı kimidir, bəzi fərqliliklər var.

Məsələn: Sürücülük imtahanında siz 10 sualdan 9-una doğru cavab yazanda imtahandan keçmiş olursunuz.

IELTS imtahanında isə sizin beynəlxalq ingilis dili səviyyəsinizi ölçürlər. Bunun üçündə siz 4 fərqli imtahandan keçirsiniz.

İlk öncə qeyd edim ki IELTS imtahanı 2 yerə bölünür.

1- General

Bu imtahan adətən  xaricdə işləmək istəyənlər üçün uyğundur.

2- Academic

Xaricdə təhsil almaq istəyənlər üçün bu imtahan çox önəmlidir. Demək olar ki 90 faiz universitetlər IELTS sertifikatı istəyir. Akademik IELTS General- a nəzərən daha çətin olur.

Academic və ya General imtahanı verməyinizdən asılı olmayaraq sizdən aşağıdakı imtahanları verməyiniz tələb olunacaq.

1- Oxuma ( Reading )

Ana dilimizdə olduğu kimi ingilis dilində də oxumağı bacarmalıyıq- təbiki Ingilis dili imtahanı vermək istəyiriksə. Burada sizə 40 sual və 60 dəq vaxt veriləcəkdir. Bu vaxt ərzində siz həm sualları cavablandırıb, həm də cavab kartına cavabları yazmalısınız. ( 1 saat ərzində ) Daha ətraflı izah etsək oxuma bölməsində sizə 3 ayrı mətn təqdim olunur və mətnlər asandan çətinə doğru gedir.

Qeyd edim ki, burada vaxt idarəsi cox önəmlidir.

2- Dinləmə ( Listening )

Burada sizə təqdim olunan ingiliscə dialoqlar olacaq. Sizdən bu dialoqlardan sözlər və ya dialoqun məntiqini və s soruşa bilərlər. Burada 4 bölmə olacaqdır. Yenə, çətindən asana doğru olacaqdır.

Qeyd edim ki, Dinləmə və Oxuma imtahanları ən çox score ( bal) yığılan bölmələr olur.

3- Yazma ( Writing )

Tələbələrin çətin bölmələrdən biri saydıqları bu imtahanda sizdən 2 mətn yazmağınız tələb olunacaqdır. 1 ci mətndə sizə gördüyünüz tablonu ingilis dilində izah etməyiniz tələb olunur. 2 ci mətn isə bir az qəlizdir. Burada sizə ingilis dilində sual verilir, bu sual ümumi olur və sizdən minimum 250  söz yazmaq tələb olunur.

Qeyd edim ki, burada ingilis dilində bildiyiniz qrammatika eləcə də söz bazası üzə çıxır.

4- Danışma ( Speaking )

Gəldik bu imtahanı verənlərin qorxulu yuxusuna. İELTS imtahanında ən çox tələbələrin çəkindikləri bölmə İELTS speaking-dir (Danışma).

Burada siz ingilis dili müəllimi (müəllimə) ile üzbəüz oturursunuz. İmtahan təxmini 15 dəq çəkir və sizə bir neçə suallar verilir.

Buradan həmçinin İELTS dən necə yüksək bal toplamaq olar oxuya bilərsiniz.

Ümümi olaraq bu imtahanda hər bir bölmədən qiymət alarsınız 1-9 a qədər.

Məsələn deyək ki;

Oxuma – 7

Dinləmə – 6.5

Yazma – 7

DANIŞIQ – 6

Sizin ümumi olaraq bu imtahandan 6.5 qiymətini alacaqsınız.

Bu linkdən siz də balınızı hesablaya bilərsiniz.

Bu linkdən isə Əlavə olaraq İELTS haqqında Öyrənə bilərsiniz.


Bir cavab yazın

Sumqayıtda İngilis dili kursları

 Education is the passport to the future, for tomorrow belongs to those who prepare for it today. – Malcolm X

Əlaqə

© 2024 VATgroup.az . All Rights Reserved