İngiliscə necə düşünək?

[vc_row][vc_column][vc_column_text]

How to think in English? ( İt’s easy )

Əgər siz ingilis dilində düşünmə qabiliyyətini formalaşdırmaq istəyirsinizsə, ingilis dilini həyatınızın bir hissəsinə çevirməlisiniz. Əgər siz ingilis dilini hər gün istifadə edirsinizsə, avtomatik olaraq ingilis dilində düşünəcəksiniz. Bu, təbii olaraq baş verəcək.

Uzun müddət ingilis dilindən istifadə etsəniz, danışarkən öz dilinizdə deyil, ingilis dilində düşündüyünüzü görəcəksiniz.

Bu, ona görədir ki;

  • Hər gün ingilis dilində videolara və podcastlara baxırsınız
  • Hər gün ingilis dilində danışığınızı məşq etdirirsiniz
  • Tez-tez ingilis dilində nəsə oxuyursunuz

İngilis dilini HƏR GÜN istifadə etsəniz, ingilis dilində düşünməyə başlayacaqsınız.

TƏRCÜMƏ – İngiliscə düşünə bilməməyinizin ƏSAS SƏBƏBİ

Bəzi tələbələr öz dilləri ilə ingilis dilində tərcümə arasında ilişib qalırlar. Bəs bu vərdişi necə tərgitməli?

  • Use English-to-English dictionary

Sözün mənasını doğma dilinizdə izah edən lüğətlərdən (bilingual dictionary) istifadə etməyin. Əvəzində isə ingilisdən-ingilisə (monolingual dictionary) istifadə edin.

Fluent- (of a person) able to express oneself easily and articulately.

İngilisdən – ingilisə lüğətdən istifadə etməyinizin digər bir avantajı da sizin oxuma bacarıqlarınızı inkişaf etdirməsidir.

Force yourself to write in English without translating

Bəzən tələbələr yazı yazarkən ilk öncə öz dillərində yazır, daha sonra ingiliscəyə tərcümə edərək olduqca vaxt itirirlər.

Bu, doğru deyil. Əgər ingilis dilində nəsə yazmalısınızsa, başlanğıcdan özünüzü ingiliscə yazmağa məcbur edin.[/vc_column_text][/vc_column][/vc_row]


Bir cavab yazın

Sumqayıtda İngilis dili kursları

 Education is the passport to the future, for tomorrow belongs to those who prepare for it today. – Malcolm X

Əlaqə

© 2024 VATgroup.az . All Rights Reserved