Yazma bacarıqlarını necə inkişaf etdirə bilərsiniz?

[vc_row][vc_column][vc_column_text]

How can you improve your writing skills?

Bəzi tələbələrin ingilis dilində müəyyən qədər danışıq praktikası olsa da, çox zaman yazıda bir sıra problemlərlə üzləşirlər. Yazma-sizin hər hansı bir dildə olan əsl bacarıqlarınızı üzə çıxardığı kimi, bir çox xarici universitetlərin də qəbul şərtlərindən biri sayılır.

Bu dəfəki məqaləmizdə sizinlə aydın, axıcı və effektiv esse yazmağın yollarını araşdıracağıq.

Elə isə, başlayaq.

HƏR GÜN YAZIN.

Sizə verəcəyimiz ən yaxşı məsləhətlərdən biri, hər gün yazmanızdır. Daha yaxşı yazmaq üçün HƏR GÜN yazmalısınız.
İstədiyim hər şey barədə yaza bilərəm?
Bəli, yaza bilərsiniz.
Hər gün müxtəlif mövzulardan yazmaqla, həmin mövzuda biliyinizi artıracağınız kimi, yazı bacarıqlarınızı da inkişaf etdirəcəksiniz. Yazarkən daha çox ideya olsun deyə, internet materiallarından da istifadə edə bilərsiniz.

Planning (Planlaşdırma)

Writing bölməsini planning olmadan təsvir etmək qeyri-mümkündür.
Topic (mövzu) hazırdır və siz yazmağa başlayırsınız. Ancaq necə və haradan başlayacağınızı bilmirsiniz. Burada sizin köməyinizə planlaşdırma gəlir.

Yazacağınız esseni 4 hissəyə bölün.

  • İntroduction (Giriş)
  • Main idea 1 (Əsas ideya 1)
  • Main idea 2 (Əsas ideya 2)
  • Conclusion (Nəticə)

İntroduction (giriş) adlandırdığımız hissə, adətən ümumi məlumat xarakteri daşəyər və əsas ideyalara girmədən, qısa şəkildə yazacağınız essenin özətini verirsiniz. (Təqribi 25-30 sözdən ibarət)

Main idea 1 (əsas ideya 1)

Burada esseni açmağa başlayırsınız. Arqumentlər gətirirsiniz. (Təqribi 80-100 sözdən ibarət)

Main idea 2 (əsas ideya 2)

İkinci əsas hissədə mövzunuz barədə daha geniş məlumat verirsiniz. Mümkünsə mövzuya aid dünyadan və ya öz təcrübənizdən misal gətirin.

Conclusion (nəticə)

Sonda isə nəticəni vurğulayaraq essenizi tamamlayırsınız.

Sadə və anlaşıqlı sözlər seçin.

Əgər siz esse yazarkən mürəkkəb cümlə quruluşlarından istifadə etməklə daha mükəmməl performans göstərdiyinizi düşünürsünüzsə, YANILIRSINIZ.

Unutmayın ki, hər şeydən öncə yazınızın məqsədi anlaşıqlı olmalıdır. Bu səbəbdən mümkün qədər sadə və aydın yazmağa çalışın.

Şərhə sizi maraqlandıran mövzunun adını yazmaqla növbəti məqalənin mövzusunu təyin edə bilərsiniz.

[/vc_column_text][/vc_column][/vc_row]


Bir cavab yazın

Sumqayıtda İngilis dili kursları

 Education is the passport to the future, for tomorrow belongs to those who prepare for it today. – Malcolm X

Əlaqə

© 2024 VATgroup.az . All Rights Reserved