İngilis dilini evdə inkişaf etdirməyin yolları
[vc_row][vc_column][vc_column_text]
Ways to improve your English at home.
Evinizdən çıxmadan ingilis dilini öyrənmək istəyirsiniz?
Bu günki məqaləmizdə sizlərlə #evdəingilisdili öyrənməyin yollarını araşdıracağıq.
Başlayaq.
-
TV proqramlara və kinolara alt yazı ilə baxın.
Siz evinizi tərk etmədən hər gün canlı verlişləri və ya kinoları alt yazı ilə izləməklə ingilis dilinizi əhəmiyyətli dərəcədə inkişaf etdirə bilərsiniz. Bu, həmçinin yeni lüğət öyrənmənin və söz bacarıqlarınızı test etməyin ən səmərəli yoludur.
-
Sevdiyiniz musiqiləri dinləyin.
İngilis dilində mahnılara qulaq asmaqla siz həm yeni söz və söz birləşmələri öyrənməklə yanaşı, bu sizin sevdiyiniz məşğuliyyət olduğu üçün, mahnının sözlərini asanlıqla yadda saxlaya biləcəksiniz.
-
Kitab oxuyun.
Səviyyənizə uyğun kitablar tapın. Daha sonra kitabı yüksək səslə oxuyun. Bu yolla siz həm danışıq, həm də oxu bacarıqlarınızı inkişaf etdirəcəksiniz.
-
Yazın.
İşə istədiyiniz mövzuda hekayə yazmaqla başlaya bilərsiniz məsələn. Yazdıqca yeni sözlər kəşf edəcəksiniz, bu da həmçinin sizin lüğət bazanızı inkişaf etdirdiyi üçün danışarkən söz qıtlığı yaşamanızın qarşısını almış olacaq.
-
Online dərslərə qatılın.
Oxbridge Education Center olaraq sizlər üçün hazırladığımız xüsusi online proqrama qatılmaqla, hər ay sonunda dilinizin nəzərə çarpacaq dərəcədə inkişaf etdiyini görəcəksiniz. Burada sizi peşəkar müəllimlər, rahat öyrənmə atmosferası və gülərüz komanda sevərək qarşılayacaq. Beləliklə siz, nəinki təkcə ingilis dilini, o cümlədən alman, rus və ispan dillərini də evinizdən çıxmadan, bizimlə online şəkildə öyrənə bilərsiniz.[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]
Əlaqə
[wpforms id=”3432″][/vc_column_text][/vc_column][/vc_row]