Təcrübə proqramı

Bir çoxumuz ingilis dilini və ya kompüter kurslarını bitirdikdən sonra iş tapa bilmirik. Bəs yaxşı öyrəndiyimiz dili və ya proqram vasitəsi ilə necə iş tapa bilərik?

İş təcrübəsi olanlar təbiki rahatlıqla iş tapa bilərlər. Şirkətlər çox vaxt iş təcrübəsi olanlara üstünlük verir. Buna səbəb həmin işçiyə işi yenidən öyrətmək məcburiyyətində qalmır və buna vaxt itirmir. Lakin iş təcrübəsi olmayanlar iş tapmaqda bir sıra çətinliklərlə üzləşə bilərlər.

CV formasının pis olması iş tapmaqda çətinlik yarada bilərmi?

Əlbətdə ən başlıca səbəblərdən biri cv formasının pis olmasıdır. Şirkətə cv formasını göndərərkən buna diqqət etmirik lakin sizin cv-ni oxuyan şirkət işçisi oxunaqlığı və ya yetərsiz məlumat olması ilə bağlı heç sizin cv formasına baxmaya bilər. İlk növbədə cv formasını yeniləmək məsləhətdir. CV formasını aşağıdakl linkdən pulsuz və ya pullu formada yeniləyə bilərsiniz.

İş təcrübəm olmadan iş necə tapmaq olar?

Öyrəndiyiniz dili və ya proqramı istifadə etmək və iş tapmaq üçün məsləhət görülürki ilk növbədə təcrübə proqramlarına baş vurasınız. Təcrübə proqramları sayəsində həm iş təcrübəsi qazanıb həmdə öyrəndiyiniz dil və ya proqramı aktiv saxlayırsınız. Pis cəhəti odurki maaş ya olmur vı ya az olur. Lakin üstün tərəfi odurki bir müddət sonra maaşlı iş tapmaq sizin üçün çox rahat olacaq. Artıq siz işi bilirsiz və yetərincə təcrübəniz var. Təcrübə proqramları üçün sizə 2 sayt tövsiyyə edirik.

Bu saytlardan istifadə edərək həm təcrübə proqramlarına qoşula bilərsiniz həmdə real iş tapa bilərsiniz.

İş tapmaq üçün hansı proqramları bilməliyəm?

İş tapmaq üşün mütləq qaydada kompüter proqramlarını bilməlisiz. Artıq bütün şirkətlər kompüter proqramların tələb edir. CV -nizdə mütləq şəkildə kompüter proqramları qeyd olunmalıdır. Bu proqramlar Microsoft office, excel, powerpoint, və outlook proqramlarıdır ki siz bu proqramları kursumuzda 3 aya öyrənə bilərsiniz. 

Xarici dil bilmək üstünlükdür?

Birmənalı olaraq xarici dil bilmək sizin həm dünya görüşünüzü artırır həmdəki iş tapmaq imkanınızı. Şirkətlərdə xarici dildə danışmasalarda (istisnalar var) işlətdiyimiz proqramlar demək olarki hamısı xarici dildədir və dil bilmək sizin bu proqramlardan rahat istifadə etməyiniz deməkdir. 


Bir cavab yazın

Sumqayıtda İngilis dili kursları

 Education is the passport to the future, for tomorrow belongs to those who prepare for it today. – Malcolm X

Əlaqə

© 2024 VATgroup.az . All Rights Reserved