Sumqayıtda Rus dili Kursları

Sumqayıtda rus dili kursları axtarırsınızsa dügün ünvandasınız.

Rus dili ölkəmizdə ən çox istifadə olunan və tələb olunan dillərdən biridir. Bunun səbəbi isə bir çox iş yerlərinin bu dili tələb etməsi, bir çox ədəbiyyatlarda vacibliyi və turizm sahəsində istifadəsidir. Rus dilini bilmək sizin üçün bir üstünlük sayılır və digər müraciətlərə nisbətən Rus dilini bilən şəxsin həmin işə qəbul olunma ehtimalı artır. Beləliklə, siz də bu dili öyrənərək yüksək maaşlı və yaxşı işdə işləyə bilərsiniz.

Kursumuzda siz nələri öyrənəcəksiniz?

İstifade etdiyimiz xüsusi proqram sizin Rus dilini qısa müddətdə öyrənməyinizə, söz bazasının artırılmasına, maraqlı və səlis şəkildə danışmaqınıza kömək edəcək.

Kursun proqramı 6 səviyyədən ibarətdir:

A1 – (Başlanğıc Səviyyə)
A2 – (Elementar Səviyyə)
B1 – (Aşağı Orta Səviyyə)
B2 – (Orta Səviyyə)
C1 – (yüksək orta Səviyyə)
C2 – (Mükəmməl səviyyə)

Hər səviyyənin proqramı 1 ay yarım olsa da, tələbənin dil öyrənmə qabiliyyətindən və bu dili öyrənmək üçün ayıracağı vaxtdan asılı olaraq bu müddət arta və ya azala bilir. Hər səviyyənin sonunda isə səviyyə imtahanı təşkil olunur, imtahanda 65 faiz və yuxarı nəticə göstərdiyiniz halda növbəti səviyyəyə keçirsiniz. İmtahan danışıq, yazılı, qramatik və dinləmədən ibarət olur.

B1 səviyyəsin bitirdikdə isə sizə SERTİFİKAT verilir.

Proqrama 4 hissəli öyrətim daxildir :
– Yazı
– Oxuma
– Dinləmə
– Danışma

Proqram qısa müddətdə rusca danışıq dilinizin inkişafı və praktik istifadəsinə yönəldilmişdir. Dərslərdə danışığa lazım olan qrammatik məlumat, danışıq, yeni sözlər, yazını və dinləmə qabiliyyətini inkişaf etdirəcək materiallar tədris olunur.  Tələbənin dərsə başlamadan əvvəl bilik səviyyəsi ölçülür və o, müvafiq səviyyədən dərsə başlayır. Dərslər fərdi və ya qrup şəklində tədris olunur.

Keyfiyyətdən əmin olmağınız üçün ilk dərs ödənişsizdir. Sınaq dərsdə siz müəllimlə, onun məşğələ aparmaq texnika və metodikası ilə tanış olur, eləcə də, öz bilik səviyyənizi yoxlayıb müəyyən edə bilirsiniz.

Sumqayitda rus dili kursları

Qısa zamanda rus dilini öyrənmək istəyirsinizsə buyurub müraciət edə bilərsiniz.

Artıq ilk dərslərdən sonra bizim tələbələr öz həmkarları və dostları ilə ünsiyyət qura bilirlər. Sizdə Sumqayıtda ən keyfiyyətli Rus dili kurslarina yazılmaq istəyirsinizsə sadəcə bizə müraciət edin.


Bir cavab yazın

Sumqayıtda İngilis dili kursları

 Education is the passport to the future, for tomorrow belongs to those who prepare for it today. – Malcolm X

Əlaqə

© 2024 VATgroup.az . All Rights Reserved