Online dərslər – Evinizi tərk etmədən aldığınız təhsil

Online Dərslər

Təsadüfi deyil ki, dünyanın hər yerində milyonlarla tələbə artıq online təhsil almağı üstün tutur. Onlayn
dərsləri müasir təhsilin pik nöqtəsi adlandırmaq olar. Çünki məhz online dərslər sayəsində siz yaşadığınız
yeri və ya iş yerinizi tərk etmədən olduğunuz yerdən dünyanın istənilən ölkəsinə canlı dərslərə
qoşulmaqla istədiyiniz təhsili ala bilirsiniz. Bu isə öz növbəsində təhsil sitemində əsaslı dəyişiklik edərək
məxsusən dil öyrənmək istəyən tələbələrə çox böyük imkanlar tanımışdır.

Aşağıda sizlərə ONLİNE DƏRSLƏRin bir neçə üstünlüyünü çatdırmağa çalışacağıq.

1. İSTƏDİYİNİZİ ÖYRƏNƏ BİLİRSİNİZ.

Mərkəzimizdə siz arzuladığınız proqramı (Ümumi ingilis dili, İELTS, TOEFL, SAT, RUS dili, ALMAN dili)
seçməklə hazırda sizlər üçün xüsusi hazırladığımız online proqramdan peşəkar müəllimlərimizin
köməyi ilə istifadə edə bilərsiniz.

2. RAHAT ÖYRƏNMƏ ORTAMI.

Komfort hər işdə olduğu kimi təhsildə də hər zaman güclü avantaj deməkdir.
Bütün zəruri dərs materiallarını çox asanlıqla evinizdən çıxmadan əldə edə bilərsiniz. Bunun üçün hər
hansı bir kitab mağazasına gedib, vaxt itirməyə heç bir ehtiyac yoxdur. Həmçinin, kursa və ya hər
hansı bir mərkəzə getmək üçün nəqliyyat, tıxac və vaxt itkisi olmadan, maşına yanacaq dərdi
olmadan (siyahını uzatmaq olar) siz istədiyiniz dili öyrənə bilərsiniz.

3. ENDİRİMLİ QİYMƏT.

Online dərslərə tətbiq etdiyimiz 30 % ENDİRİMlə siz normal şərtlərdəki qiymətlərdən ucuz, eyni
zamanda keyfiyyətli təhsil ala bilərsiniz.

4. ONLİNE SERTİFİKAT.

Siz Mərkəzimizin online dərslərində iştirak etməklə bizim sizlər üçün hazırladığımız xüsusi proqramı
bitirdikdən sonra online olaraq sertifikatınızı bizdən əldə etmiş olursunuz. Elə bu gün bizə baş
vurmaqla keyfiyyətli təhsil alıb yüzlərlə (İELTS, TOEFL, SAT, GENERAL ENGLİSH) sertifikatları alan
tələbələrimizin siyahısına qoşulun.

Daha ətraflı məlumat almaq üçün  İnstagramFacebook səhifələrimizdən bizə yazın və ya +994 70 853 44 22 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


Bir cavab yazın

Sumqayıtda İngilis dili kursları

 Education is the passport to the future, for tomorrow belongs to those who prepare for it today. – Malcolm X

Əlaqə

© 2024 VATgroup.az . All Rights Reserved