Ingilis Dilinin Əhəmiyyəti
[vc_row][vc_column][vc_column_text]Dünyada ingilis dili həm daha keyfiyyətli təhsil, həm da daha uğurlu kariyera üçün bir çox prestijli şirkət və müəssisələrin əsas tələblərindən birincisinə çevrilmişdir. Qeyd edək ki, ingilis dili dünyada ilk əsas kommunikasiya dili hesab olunur. Bəs ingilis dilini öyrənmək sizə nələri qazandıracaq? Bu dili öyrənmək sizə fərqli ölkələrdən olan insanlarla daha rahat və komplekssiz şəkildə ünsiyyətə girməyinizə kömək edəcək, habelə hadisələrə fərqli prizmadan yanaşmağa kömək edəcək, digər mədəniyyətlər haqda daha dərin bilgi almanızda əsaslı bir vasitə olacaqdır. Bu, həmçinin sizə qarşınızdakı insanı daha yaxşı anlamanıza imkan tanıyacaqdır. Bütün bunlarla yanaşı, xarici dil öyrənməyin tibbi faydaları da var. Belə ki, aparılan tədqiqatlar göstərir ki, 2 və ya daha artıq dillərdə danışan insanların daha aktiv zehinləri olur. Bütün bunlar sizə yeni bir dil öyrənməniz üçün tutarlı səbəblər verir.
Qloballaşan dünyada ingilis dilini bilmək zərurət halını alıb. Aşağıda bu dili öyrənməyin nə üçün önəmli olduğuna dair sizə 10 səbəb sadalayacağıq.
-
İngilis dili dünyada ən çox danışılan dildir. Dünyada 5 insandan 1-i ingilis dilində ya danışa bilir, ya da ən azından qarşısındakını anlaya bilir.
-
İngilis dili müasir elmin, texnologiyanin, diplomatiya və turizmin başlıca dilidir. İngilis dilini bilmək sizə evinizdən çıxmadan beynəlxalq şirkətlərdə iş tapmanıza köməkçi olacaqdır.
-
İngilis dili 53 ölkənin rəsmi dilidir.
-
İngilis dili dünyanın təqribən 400 milyondan artıq insanları tərəfindən birinci dil olaraq istifadə olunmaqdadır.
-
İngilis dili media sənayesinin əsas dilidir. Bu dili bilməklə siz sevimli kitab, mahnı və filmlərini hər hansı bir tərcümə və ya altyazı olmadan rahatlıqla izləyə və ya oxuya bilərsiniz.
-
İngilis dili həmçinin internet dilidir. Əksər vebsaytlar ingiliscə yazılır və siz bu dili bilsəniz dünyanın müxtəlif yerlərində keçirilən forum və müzakirələrdə iştirak etmək imkanı qazanacaqsınız.
-
İngilis dili digər dillərlə müqayisədə sadə əlifbaya əsaslandığı üçün öyrənilməsi olduqca sürətli və asandır.
-
İngilis dilini bilmək sizə bir çox faydalar sağlayacaqdır ki, bu da öz növbəsində məmnuniyyət gətirməkdən geri qalmayacaqdır. Uğur qazanmaq insana əlbəttə ki, daha da özgüvənli hiss etdirir. Sizi hədəflərinizə yaxınlaşdıran bu dili öyrənərək keçirdiyiniz hər saatdan belə zövq alacaqsınız.
-
İngilis dili dünyanın əksər ölkələrində kommunikasiya dili olduğu üçün minlərlə məktəb və universitetlər var ki, sizə ingilis dilində müxtəlif təqaüd proqramları təklif edir. Əgər siz bu dildə bilirsinizsə öz akademik bacarıqlarınıza uyğun proqramı tapıb ora müraciət edə biləcəksiniz.
-
Və ən nəhayət bu dili öyrənmək bir əyləncədir!
[/vc_column_text][/vc_column][/vc_row]