İngilis dilini başa düşürsən amma danışa bilmirsən?
[vc_row][vc_column][vc_column_text]
Sumqayıtda ingilis dili kursu.
Dünyanın hər yerindən olan bir çox tələbələrin ortaq problemi var: onlar ingiliscə əksər sözləri başa düşsələr də, danışa bilmirlər. Bəlkə siz də İngilis dilində özünüzü ifadə etməkdə çətinlik çəkirsiz, məhz bu üzdən insanlarla danışarkən gərgin anlar keçirirsiniz. Və ya ola bilsin ki, qarşınızdakı insan çox sürətlə danışdığından siz deyilən hər sözü başa düşmürsünüz və nəticədə söhbətiniz məhsuldarlığını itirir. Məhz elə bu səbəbdən,Sumqayıtda ingilis dili kursumuzda-Oxbridge Education Center’də sizin danışıq bacarıqlarınızı inkişaf etdirmək üçün bizim xüsusi hazırlanmış dərslərimiz var. Bu xüsusi proqram sayəsində siz ən qısa zamanda artıq danışıq bacarıqlarınızın inkişaf etdiyinin özünüz şahidi olacaqsınız. Dərslərimiz qrammatikadan daha çox praktikaya əsaslandığı üçün sizin ingiliscə danışma bacarığınız sürətlə inkişaf edəcək
Danışıq dərslərimiz adətən tələbələrin səviyyəsinə uyğun olaraq sırf İngilis dilində keçirilir. Belə ki, siz dil öyrənmək üçün bizim 2 müxtəlif qruplarımızda iştirak edə bilərsiniz.
1) “Qrammatika+danışıq”
Adından da göründüyü kimi, bu dərslərdə siz həm danışıq, həm də qrammatik bacarıqlarınızı artıracaqsınız. Bu paket adətən İngilis dilində danışmaq istəyən, lakin çox zəif bazaya malik olan tələbələr üçün nəzərdə tutulmuşdur. Belə ki “qrammatika+danışıq” dərslərində biz sizə ilk növbədə sözlər və qrammatika keçirik. Müəllimə sözü lövhədə yazıb, tələbələri düzgün deyilişə alışdırmaqla sizin tələffüz bacarıqlarınızı inkişaf etdirir. Əgər tələffüz zamanı hər hansı bir səhvə yol versəniz, müəllimə sizə tam düzgün deyiliş qaydasını öyrədənədək sizə kömək edir. Dərs zamanı siz müəllimə istənilən sualı verə bilərsiniz. Müəllim dərsi başa düşdüyünüzə əmin olduqdan sonra, praktikaya başlayır. Bu zaman siz dinləmə, danışma, yazma və oxuma bacarıqları üzərində məşq edirsiniz. Artıq dərsin sonunda siz İngilis dilində öyrəndiyiniz yeni sözlərin düzgün tələffüzünü bilməklə yanaşı, öyrəndiyiniz qrammatikaya uyğun cümlə qurub rahat danışa bilirsiniz.
2) “Yalnız danışıq”
Bu paket adətən İngilis dilində müəyyən bazaya sahib olub yalnız danışıq öyrənmək istəyən tələbələr üçün nəzərdə tutulmuşdur. Belə ki, bu dərslərdə siz individual və ya qrup şəklində müəllimlə müəyyən mövzuları müzakirə etməklə ünsiyyət bacarıqlarınızı inkişaf etdirəcəksiniz. Bilirsiniz ki, öyrəndikləriniz hər gün praktika etməzsəniz, asanlıqla yaddan çıxa bilər. Ona görə də bizim praktika dərslərimizlə sizə indiyə qədər öyrəndiklərinizin praktikasını tətbiq etməklə daha effektiv danışmağa başlayacaqsınız. Qeyd edək ki, dərs zamanı dinləməyə xüsusi yer ayrılır. Çünki qarşınızdakı insanı anlamaq üçün siz dinləmə bacarıqlarınızı inkişaf etdirməlisiniz. Dərs boyunca isə siz sırf dinləmə və danışıq bacarıqlarınızı inkişaf etdirəcəksiniz. Dərsin sonunda artıq hər dəfə İngiliscə daha özgüvənli və daha az səhvlə danışacaqsınız.
Bacardığınız qədər İngilis dilinizi inkişaf etdirin. Bunun üçün İngilis dilində olan kinolara baxın, musiqilər dinləyin və bu dildə danışın! Uğurun açarı isə bu saydıqlarımızı hər gün təkrar etməyinizdədir.
Siz də danışıq bacarıqlarınızı inkişaf etdirmək və İngilis dilində daha səlist və özgüvənli danışmaq istəyirsinizsə, bizim dərslərimizə vaxt itirmədən, elə indicə qoşula bilərsiniz.Əlavə olaraq ingilis dilinin əhəmiyyəti haqqında bu yazimizdan oxuya bilərsiz.[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column width=”1/2″][vc_column_text]
Əlaqə
- Sülh Küçəsi., Sülh Plaza 2-ci mərtəbə, otaq: 207 Sumqayıt
- +994-070-853-44-22
- arzu@oxbridgeeducation.com
[/vc_column_text][/vc_column][vc_column width=”1/2″][vc_column_text]
Instagram:oxbridge.educationcenter
Facebook :oxbridge.educationcenterofficial[/vc_column_text][/vc_column][/vc_row]