Yeni sözləri necə yadda saxlamaq olar?

[vc_row][vc_column][vc_column_text]

How to memorise vocabulary?

Yeni bir dil öyrənməyə başladığımız zaman bir çoxumuzun eyni şikayəti olur: “Sözləri yadda saxlamaqda yaxşı deyiləm.” Bəli, yeni sözləri öyrənmək yorucu ola bilər, xüsusilə zehni ailə,iş və digər məsuliyyətlərlə dolu olanlar üçün. Nə etməli?

  • Real hədəflər qoyun

Sizə məsləhətim, uzun lüğət vərəqlərini və lüğət kitablarını oxumağı unudun. Ekspertlərə görə, bir tələbə hər saata 10-20 yeni söz öyrənə bilər. Əgər siz, gündəlik 4 saat vaxt ayırsanız, bu, 40-50 yeni söz öyrənə bilər. Bu, həftəlik (6 günlük) 240-300 söz, aylıq 960-1200 civarında yeni söz deməkdir. Və bununla siz 3 aya təqribi 3000 söz öyrənə bilərsiniz ki, bu da sizin İngilis dilində tam normal danışmağınız üçün kifayət edir.

 

  • Sözləri hissələrə ayırın.

Yeni sözlərlə qarşılaşdığınız zaman, onların tərkibinə diqqət yetirin. Sözləri prefix(ön şəkilçi) və suffix‘ə (son şəkilçi) ayırın və sözün hansı nitq hissəsində olduğunu müəyyən edin.

 

  • Oxuyun, oxuyun və yenə oxuyun.

Oxumaq sizə yeni sözlər öyrətməklə yanaşı, bildiyiniz sözləri də yeni cümlə və konteksdə görməyiniz sağlayacaqdır.
Yaxşı olar ki, səviyyənizi uyğun kitablar oxuyasınız. Digər mənbə isə, elan və ya hansısa menyu ola bilər. (Hansı ki gündəlik danışıq istifadə olunur.)

  • Frazalara köklənin

Linqvist Maykl Levis dil öyrənənləri tək-tək sözlər əvəzinə birləşmələr öyrənməyə səsləyir. Məsələn, gündəlik danışıqda ; “turn left” , “just a minute” , “nice to meet you” kimi birləşmələri öyrənmək sizə daha asan gələcək və asan da yadda saxlayacaqsınız. Hər hansı yeni bir dil öyrənərkən bu tip birləşmələri yadda saxlamaqla, sizdə artıq kiçik dialoq bazası formalaşmış olacaq.

  • Mütəmadi təkrar edin

Lüğət dərsində dünənin lüğəti bu gününkindən daha önəmlidir. Hədəf isə, sizin yeni sözləri yadda saxlamaq bacarığınızı uzunmüddətli etməkdir.

Təkrar baxış (review) olduqca önəmlidir. Yeni sözləri öyrənərkən ilk 1 neçə gün və ya həftə ərzində öyrəndiyiniz yeni sözlərə təkrar göz atın.[/vc_column_text][/vc_column][/vc_row]


Bir cavab yazın

Sumqayıtda İngilis dili kursları

 Education is the passport to the future, for tomorrow belongs to those who prepare for it today. – Malcolm X

Əlaqə

© 2024 VATgroup.az . All Rights Reserved