Frazeoloji birləşmələri öyrənməyin 4 strategiyası
[vc_row][vc_column][vc_column_text]
4 strategies for learning Phrasal Verbs
Frazeoloji birləşmələri yadda saxlamaq və istifadə etmək niyə bu qədər çətindir?
Gəlin əvvəlcə frazeoloji birləşmənin nə olduğuna bir baxaq; Frazeoloji birləşmə söz + zərf və ya sözönü birləşməsindən əmələ gəlir. Bildiyimiz kimi, sözlərə hissəcik əlavə etməklə sözün mənası tamamilə dəyişir.
Məsələn “get” feli “almaq, əldə etmək” deməkdir, amma “get up” frazeoloji birləşməsi “yuxudan qalxmaq” deməkdir. Bəzi hallarda isə sözə 2 hissəcik əlavə oluna bilir. Məsələn, “cut down on” “nəyinsə ölçüsünü azaltmaq” deməkdir.
Bəzi frazeoloji birləşmələr təsirlidir (transitive) və ortada tamamlıq (object) işlənməsinə icazə verir, halbuki digərləri təsirsizdir (intransitive) və ortada tamamlıq işlənməsinə icazə verir. Bu cür birləşmələrə seperable (ayrıla bilən), inseperable (ayrıla bilməyən) frazeoloji birləşmələr də deyilir.
Məsələn;
Agree with (inseperable) kimləsə razılaşmaq deməkdir.
- İ totally agree with you.
To tell off (seperable) kimisə danlamaq deməkdir.
- The teacher told her off for talking during the lesson.
İndi isə gəlin keçək 4 əsas strategiyamıza;
Make a table / Siyahı tutun
İngilis dilində ən çox istifadə olunan frazeoloji birləşmələrdən ibarət siyahı tutun.
Bring, call, come, do, fall, get, go, keep, look, make, run və turn-lə başlayan sözlər ən çox istifadə olunan birləşmələrdir. Bunları yazdıqdan sonra hər gün siyahıya yeni sözlər əlavə edə bilərsiniz. Və çalışın yazdığınız yeni sözlərə cümlələr qurun, bu sözləri yadda saxlamağın ən yaxşı üsuludur.
Learn through songs/articles / Mahnılar, məqalələr vasitəsilə öyrənin
İngilis dilində hər hansı məqalə oxuyarkən, musiqini dinləyərkən və ya film izləyərkən frazeoloji birləşmələri özünüzdə qeyd edin. Çünki onlar danışıqda ən çox istifadə olunan sözlərdəndir. Məsələn, Bob Marley-in məşhur “Get up, stand up” musiqisini kim unuda bilər?
Use mental images / Zehni təsəvvürlərdən istifadə edin
Frazeoloji birləşmələri yadda saxlamağın ən effektiv yollarından biri də həmin felləri göz önündə canlandırmaqdır.
Məsələn, get up dedikdə gözünüzün qarşısına həmin səhnəni gətirin. Beynin vizual yaddaşının köməyi ilə siz bu birləşmələri asanlıqla yadda saxlayacaqsınız.
Practice, practice, practice
Sonda isə frazeoloji birləşmələri yadda saxlamaq üçün görəcəyiniz ən mühüm iş onu gündəlik situasiyalarda bacardıqca tez-tez istifadə etməkdir. Unutmayın ki, sizin gündəlik həyatınıza aid qurduğunuz cümlələr və sözlər sizin daha yaxşı yadınızda qalacaq.
[/vc_column_text][/vc_column][/vc_row]