İngilis dilində dinləmə bacarqlarını necə inkişaf etdirə bilərəm?

[vc_row][vc_column][vc_column_text]

How can you improve your listening skills?

  • Dil daşıyıcılarını dinləyirəm, amma başa düşə bilmirəm.
  • İngilis dilində dinləmə bacarıqlarımı inkişaf etdirə bilmirəm.
  • Dinləmə bacarıqlarımı inkişaf etdirmək üçün zamanım yoxdur.

Əgər sizin də yuxarıda sadaladıqlarımzla probleminiz varsa, o zaman bu məqaləmiz tam da sizin üçündür!

Bu məqalədə siz nələri öyrənəcəksiniz; [/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]

  1. Niyə əksər insanlar İngilis dilində danışıq bacarıqlarını inkişaf etdirə bilmirlər?
  2. Dinləmə bacarıqlarını necə inkişaf etdirə bilərəm?
  3. Materialı başa düşə bilmirəmsə nə etməliyəm?
  4. Yeni başlayanlara xüsusi məsləhətlər
  5. Niyə dinləmə bacarıqları zəif inkişaf edir? ( Baxmayaraq ki, kifayət qədər dinləmə edirəm )
  6. Dinləmə bacarıqlarını sürətlə inkişaf etdirməyin yolu varmı?

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]

Niyə əksər insanlar İngilis dilində danışıq bacarıqlarını inkişaf etdirə bilmirlər?

Bunun yegənə səbəbi var: Onlar kifayət qədər dinləmə etmirlər!

Məntiqlidir, elə deyilmi? Əgər siz kifayət qədər dinləmə etsəniz, sizin də bacarıqlarınız mütləq şəkildə inkişaf edəcəkdir.

Təəsüf ki bəzi insanlar bunu yanlış yollarla edirlər:

Həftə ərzində 1 neçə ingilis dilində filmə baxırlar

Həftədə 3-5 dəfə ingilis dilində nəyəsə qulaq asırlar.

Gündəlik maksimum 15 dəqiqə dinləmə edirlər.

Bu hərəkətlər ZƏİFDİR! Və fərq yaratmaq üçün bəs etmir!

Düşün, əgər sən gün ərzində 15 dəqiqə dinləmə etsən, 1 il sonra sən cəmi 91 saat dinləmiş olacaqsan.

Bu isə nəticəni görmək üçün sizin uzun illərinizi alacaq.[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]

İngilis dilində çox şey dinləyən insanlar da uğursuz olur!

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]Bəzi insanlar gündə bir neçə saat İngilis dilini dinləyirlər. Bilirlər ki, dinləmələri yaxşılaşdırmaq üçün çox təcrübə lazımdır.
Təəssüf ki, bu insanlar adətən dinləmələrini inkişaf etdirə bilmirlər. Bəs səbəb nədir?

Səbəblər adətən belədir:

  • İlk başda onlar çox həvəslidirlər və onlar gün ərzində ən azı 2 saat dinləməyi qərara alırlar.
  • Bir müddət sonra onlar vaxt ayırmaqda çətinlik çəkirlər.
  • Sonda onlar motivasiyasını itirir və vaz keçirlər.

Onlar tez həvəsdən düşdükləri üçün onların dinləmə bacarıqları inkişaf etmir.
Bir çox “motivasiyalı” tələbələrin uğursuz olmasının səbəbi budur. Onlar başlarda çox işləyirlər, amma daha sonra bu cür işləmək onlara çətin gəlir və çalışmağı dayandırırlar.
Unutmayın ki, yalnız bir ay kifayət deyil və siz bunu aylarla (bəzən il ərzində ) etməlisiniz.

DİNLƏMƏ BACARIQLARINI NECƏ UĞURLA İNKİŞAF ETDİRƏ BİLƏRƏM?

  • İngilis dilinə hər gün çoxlu qulaq asın.
  • Bunu uzun müddət ərzində edin.

Əgər siz bu iki şeyi etsəniz, Sizin uğur qazanacağınız 100 %-dir!
Bəs əgər bunları etməyə vaxtınız yoxsa?[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]Uğur məsləhəti #1: Telefonunuzda hər zaman İngilis dilində dinləmə materiallarının olduğuna əmin olun.

İlk öncə siz telefonunuza çoxlu materiallar yükləməlisiniz. Bu yolla Siz olduğunuz yerdən asılı olmayaraq, hər yerdə dinləyə biləcəksiniz. ( Podcastları buna misal göstərmək olar )

Uğur məsləhəti #2: Darıxdığınız vaxtı dinləmə vaxtı ilə əvəz edin.

  • Maşın sürmək
  • Avtobusla yol getmək
  • Ev işlərini görmək
  • İdman etmək
  • Nəyisə gözləmək

Bütün bu işlərin ortaq bir cəhəti var:

Feeling bored? Listen to smth in English

Onların heç biri diqqəti fokuslamaq və dərindən düşünmək tələb etmir.
Gün ərzində biz yuxarıda göstərilən nümunələrin əksəriyyətini edirik. Məhz bu aktivitələr sizin İngilis dilində dinləmə etməyiniz üçün ƏN DOĞRU ZAMANDIR! Bunları etməklə Siz gün ərzində azı 1-2 saat dinləmə etmiş olacaqsınız.

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]

DİNLƏDİYİM MATERİALI BAŞA DÜŞƏ BİLMİRƏMSƏ NƏ ETMƏLİYƏM?

Uğur məsləhəti # 1:

Əgər Siz dinlədiyiniz mətnin əsas məzmununu anlayırsınızsa, danışığın müəyyən bir hissəsini anlamamağınız elə də böyük məsələ deyil. Sual verə bilərsiniz ki, əgər oxumasam yeni sözlərin mənasını necə anlaya bilərəm?

Bu hamının ortaq problemidir.

İngilis dilində öyrənən tələbələr düşünürlər ki, yeni sözləri öyrənməyin yeganə yolu lüğətdən həmin sözə baxmaqdır. Bu doğru deyil! Gerçək isə budur ki, Sizin beyninizin sözləri məzmundan anlama kimi mükəmməl bir özəlliyi var. ( Ana dilinizi mətnlər olmadan necə öyrəndiyinizi düşünün )
Əgər dinlədiyiniz mətn Sizə çox çətin gəlirsə, bu zaman nə etməli? 2-ci məsləhətimizdə biz bu barədə danışacağıq.

Uğur məsləhəti # 2:

Asan dinləmələr edin 

Bəzən tələbələr dinləməyə başladıqda, nə qədər çətin olmasına baxmayaraq, onu sona çatdırmağa çalışırlar. (çoxunu anlamasalar da) Bir müddət sonra isə onlar özləri üçün çətin olan dinləmədən yorulur və vaz keçirlər.

Bu yanaşma gülüncdür.

İnternetdə İngilis dilində kifayət qədər pulsuz materiallar var. ( hər gün də yeniləri yaradılır ) Buna görə də əgər dinlədiyiniz material sizə çox çətin ( və ya sıxıcı ) gəlirsə, o dinləməni iqnor edin və asan bir şeylərə qulaq asın.

Uğur məsləhəti # 3:

Əgər Sizə dinlədiyiniz hər şey çətin gəlirsə, böyük ehtimal sizin lüğət bazanız çox zəifdir. Bu zaman dinləmələrlə yanaşı, danışıq zamanı tez-tez istifadə olunan mətnləri və səviyyələrə uyğun hekayələri oxuya bilərsiniz.[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]

YENİ BAŞLAYANLARA MƏSLƏHƏTLƏR.

Əgər siz sadəcə yeni başlamısınızsa, o zaman sizə məsləhətimiz:
KİÇİK ADDIMLARLA BAŞLAYIN.

  • Gündəlik 10-15 dəqiqə dinləməklə başlayın
  • Dinləmələri olduqca asan seçin

Başlanğıcda ( ilk ay ) gündəlik 10-15 dəqiqə dinləmə kifayət edir. Seçdiyiniz çox asan dinləmələr belə sizə kömək edəcək, amma bunu HƏR GÜN etdiyinizdən əmin olun.
NİYƏ DİNLƏMƏ BACARIQLARINIZ ZƏİF İNKİŞAF EDİR?
Bu intermediate ( orta ) tələbələrin ortaq problemidir. Əksər intermediate tələbələr düşünür ki, müntəzəm olaraq dinləmələr etsələr də, onların dinləmə səviyyəsi eyni olaraq qalıb.

Səbəb isə budur:
Öz səviyyənizlə müqayisədə asan listeninglər edirsiniz.
Bu, sanki piano bacarıqlarını artırmaq istəyən bir tələbənin hər gün “Happy Birthday To You” mahnısını ifa etməsinə bənzəyir. Və ƏLBƏTTƏ EFFEKTİV DEYİL.
Hər dəfə başa düşdükcə, dinləmənin səviyyəsini bir az daha artırın.
DİNLƏMƏNİ İNKİŞAF ETDİRMƏNİN SÜRƏTLİ BİR YOLU VAR?
ƏLBƏTTƏ VAR!![/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]Bunun üçün “challenging” materiallar dinləyin. Challenging (səy tələb edən) material dediyimiz sizin dinləmənin hər bir sözünü başa düşməsəniz də, əsas məzmununu başa düşdüyünüz danışığa deyilir. Belə ki,
Dinlədiyiniz insan bir az sürətlə danışır. (Siz isə müəyyən qədər çatdırıb, danışığın məzmununu anlaya bilirsiniz)
Danışığın içərisində müəyyən söz və söz birləşmələri var ki, onları başa düşmürsünüz. ( Amma əsas məzmunu başa düşürsünüz)
Danışığın 80-90 % – ni anlayırsınız.

BUNLAR dinləmək üçün ƏN DOĞRU seçimlərdir![/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]Bilirsiniz, yeni başlayanlar (beginner) niyə sürətlə inkişaf edir? Çünki onların dinlədiyi hər şey onlar üçün challengingdir.
Əgər siz də intermediate və ya advanced səviyyədəsinizsə, GÜNDƏLİK challenging dinləmələr etdiyinzdən əmin olmalınız.
Bunun üçün sizə bir neçə ideya təqdim edirik:
Aydın danışmayan speakerlərə qulaq asın. ( Mükəmməl anladıqlarınıza isə qulaq asmayın )
Hər gün MÜXTƏLİF mövzuları dinləyin.
Həm Amerikan, həm də Britaniya aksentini dinləyin. ( Bunlardan birini bilirsinizsə, digərini dinləyin )

XÜLASƏ:

[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]

Bu məqalədən öyrəndiyiniz əsas məqamları nəzərinizə çatdırırq:
  • HƏR GÜN dinləmələr etməlisiniz. Bunu etməyin ən uyğun zamanı diqqət və düşüncə tələb etməyən aktivitilər zamanıdır.
  • Əyləncəli dinləmələr edin ( Maraqlı YouTube kanalları, TV proqramlar, filmlər )
  • Yeni başlamısınzsa, kiçik addımlarla başladığınıza əmin olun. Həmçinin yeni sözlər də öyrənmək üçün kitab oxuyun.
  • İntermediate level dəsiniz və dinləmənizin inkişaf etmədiyini düşünürsünüzsə, daha çox CHALLENGİNG materiallar dinləyin.

Oxuduğunuz üçün təşəkkürlər, ümid edirik faydalı olacaq!

[/vc_column_text][/vc_column][/vc_row]


Bir cavab yazın

Sumqayıtda İngilis dili kursları

 Education is the passport to the future, for tomorrow belongs to those who prepare for it today. – Malcolm X

Əlaqə

© 2024 VATgroup.az . All Rights Reserved