12 IELTS Speaking Tips
[vc_row][vc_column][vc_column_text]
12 IELTS speaking tips:
Əgər siz İELTS imtahanı verməyə hazırlaşırsınızsa, amma speaking’dən özünüzə əmin deyilsinizsə, bu gün sizlərə təqdim edəcəyim İELTS speaking imtahanında olduqca önəmli olan 12 məsləhətdən danışacağam. Xatırladım ki, bu məsləhətlər təkcə İELTS üçün deyil, istənilən növ canlı danışıq imtahanı üçün keçərlidir.
Be formal / Rəsmi olun
Düşünün ki, iş müsahibəsindəsiniz, necə ki, bu müsahibə zamanı siz əlinizdən gələnin ən yaxşısını sərgiləməyə çalışırsınız, bu müsahibəni də həmçinin elə etməyə çalışın.
Give a full answer / Tam cavab verin
Bir şeyi yadda saxlayın ki, speaking imtahanı zamanı sizin cəmi 11-14 dəqiqə zamanınız var və siz burada ingilis dilinizin ən yaxşı tərəflərini göstərməlisiniz.
Misal üçün, ilk mərhələdə (ümumi speaking 3 mərhələdən ibarətdir) examiner sizdən, “ Where are you from?” soruşduğu zaman – Baku deyə cavab verməyin. Əvəzinə, “I am from Baku, which is the capital city of Azerbaijan” deyin. Belə cavab verməklə siz qrammatik və lüğət bacarıqlarınızı düzgün istifadə edə bildiyinizi göstərmiş olursunuz.
Be polite and cultured / Mədəni olun
Əgər examiner verdiyi sualı başa düşmədinizsə, ona What? Sorry? Demək əvəzinə “Excuse me, Could you repeat please what you said?” deyin. Bu tərzlə siz nəinki ingilis dilinizi, həmçinin danışıq etikanızı da sərgiləyirsiniz, hansı ki, insan-insana ünsiyyət zamanı bu çox önəmlidir.
Maintain your posture / Qamətinizə diqqət edin
Çünki oturuş/duruş tərziniz sizin danışığınıza əhəmiyyətli ölçüdə təsir edir. Danışıq zamanı əlinizi üzünüzə qoyaraq və ya digər “rahat” pozisiyalarda olmayın. Tədirgin olmuş olsanız belə, bunu danışığınıza yansıtmayın.
Speak clearly / Aydın danışın
Danışıq zamanı aksentinizdən narahat olmayın. Hər kəsin öz aksenti var. Siz sadəcə sözləri düzgün tələffüz etməyə baxın. Əgər sizin tələffüz probleminiz varsa, bunu imtahandan öncə həll etməyə çalışın. Bacardığınız qədər aydın danışın.
Use descriptive words / Anlaşıqlı sözlərdən istifadə edin
Mümkün olduğunca darıxdırıcı və həddən çox istifadə olunan sözləri işlətməyin. Zəngin lüğət bazanızın olduğunu göstərmək üçün daha dinamik və vuğulu sözlərdən istifadə edin.
Good – Excited, thrilled
Bad – Depressed, disappointed
Speak up / Ucadan danışın
Anlaşıldığınıza əmin olduğunuz tempdə danışın.
Keep a steady pace / Stabil sürətinizi qoruyun
Nə çox sürətlə, nə də çox asta danışmayın. Əgər əmin deyilsinizsə, mümkün qədər asta danışmağa çalışın.
Explain foreign words / Xarici sözləri izah edin
Fərz edin ki, examiner sizdən haradan gəldiyiniz soruşur, siz isə London, Baku kimi adları hamıya məlum olan yerlərdən deyil, daha uzaq ərazidən gəlirsiniz. məsələn, Sumqayıt. Bu zaman siz “ I come from the city which is located in eastern part of Azerbaijan” deyin.
Stay on topic / Mövzudan kənara çıxmayın
Çalışın digər mövzulara girmədən, sizə verilən sualı cavablandırın.
Do not use slang / Ara sözlərdən istifadə etməyin
Unutmayın ki, siz bu imtahan zamanı indiyə qədər öyrəndiyiniz ən yaxşı ingilis dilini göstərməlisniz. Məsələn “things” yerinə “items” sözünü işlədin.
Do not memorize ans ers / Cavabları kopyalamayın
Danışıq zamanı daha əvvəl izlədiyiniz speaking videolarını yadda saxlayıb sırf onlar kimi şablon cavablar verməyin. Əgər siz hər hansı video izləyirsinizsə, özünüzə faydalı söz və söz birləşmələrini qeyd edin, danışdığınız zaman bu sözlərdən / cümlələrdən yerli-yerində istifadə etməklə, həm daha natural, həm daha dolğun cavablar vermiş olacaqsınız.
Uğurlar.[/vc_column_text][/vc_column][/vc_row]